Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk Xalq Respublikasının (DXR) Qorlovka şəhərinin Kalinin rayonunda yerləşən təhsil müəssisəsinə zərbə endirdiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə şəhər dairəsinin rəhbəri İvan Prihodko rəsmi "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində binaya ziyan dəyib. Hadisənin nəticələri və mümkün yaralananlarla bağlı ətraflı məlumat hələlik açıqlanmayıb.
Məlumata görə, bundan bir gün əvvəl də Ukrayna Silahlı Qüvvələri Qorlovkaya zərbə PUA-ları ilə hücum edib. DXR rəhbəri Denis Puşilin həmin hücum nəticəsində altı nəfərin yaralandığını bildirib.
Həmçinin hücumlar nəticəsində mülki infrastruktur obyektlərinə, minik və yük avtomobillərinə ziyan dəydiyi qeyd olunub.