Вернуться назад Распечатать

Məmurların səhlənkarlığı insan həyatına başa gəlir? – Çimərliklərdə TTY rüsvayçılığı

"Ambulans çimərlikdə olmalıdırmı? Sularda xilasetmə və tibbi xidməti hansı dövlət qurumu həyata keçirməlidir? Fövqəladə Hallar Nazirliyi və ya TƏBİB?"

1xeber.media  xəbər verir ki, bu aktual sualları səsləndirən tanınmış tibb işçisi Faiq Məmmədli qeyd olduqca ilginc açıqlama ilə çıxış edib..
O daha sonra fikrini belə davam etdirir: "Bu gün sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Qızılqumda (yəqin Pirşağı ərazisində) suda batan var, ancaq təcili tibbi yardıma heç cür düşmək olmur! ƏGƏR BU DOĞRUDAN DA BELƏDİRSƏ, TƏBİBİN DİREKTORU ANAR BAYRAMOV BU MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRMƏLİ, GÜNAHKARLAR DƏRHAL İŞDƏN AZAD OLUNMALIDIR İkinci,ən əsası odur ki, həmin çimərlikdə niyə Təcili Tibbi Yardım (TTY) briqadası, ən azından tibbi yardım xidməti təşkil edilməyib??
Çimərlikdə bayılma da, balaca travmalar, təzyiq də və s ola bilər.
Bunun üçün də Fövqəladə hallar nazirliyi (FHN) əksər çimərlikdə məntəqə yaradıb, bəs həkim, feldşerlə və tibbi xidmətlə təminat niyə yoxdur?
Qeyd edim ki, uzun müddət Abşeron yarımadasında 18 çimərlikdə, hətta adamların nisbətən az olduğu Dübəndidə, 3 ay müddətində TTY briqadaları olub, saat 9-20-yə qədər. 2024-ci ilin yayında TƏBİB orada tibbi xidmət göstərmək bizim vəzifəmiz deyil bəyan edərək bu günə qədər orada TTY fəaliyyət göstərmir. Bəs, qanuna görə bu işi kim, FHN Yoxsa TƏBİB həyata keçirməldir?
Suda batma və digər həyati təhlükə daşıyan hadisələr göstərir ki, çimərlikdə mütləq TTY və tibbi yardım olmalıdır, çünki bu zaman insan xilası üçün dəqiqə və saniyələr çox zəruridir. FHN -də Sularda xilas etmə və Tibb İdarəsi varsa, eləcə də çimərlikdə Ona məxsus Məntəqə yerləşirsə deməli, nazirlik özü bu işə cavabdehdir. Eyni zamanda Xəzər dənizində digər tibbi yardımı təşkil etmək üçün FHN -nin Feribot ambulans, helikopter ambulans xidməti olmalıdır.
Türkiyədə bu işləri AFAD yerinə yetirir. Əgər bunlar mümkün deyilsə, heç olmasa məntəqələrdə həkim, feldşer xidməti bütün müasir tibbi avadanlıqla təchiz olunmalı, sonra TTY briqadaları çağırılmalıdır.
Digər tərəfdən özəl çimərlik sahibləri, necə şərait yaradırsa, özəl səhiyyə müəssisələri ilə müqavilə bağlayıb ambulans xidməti ilə təmin etməlidir.
Sual olunur, nəyə görə bir məmur çimərlikdən ambulansı yığışdırır, O birisi isə oranı Tibbi Yardımla təmin etmir. Heç bir dövlət qurumu bu vəzifə səhlənkarlığı barədə tədbir görmək istəmir...
Mən deyəndə ki, səhiyyə, əhalinin sağlamlığının qorunması hüququ və rasional idarə olunmur, TTY hüquqi normativ bazası yoxdur, bəziləri ağzına gələni yazırdı... Necə ola bilər ki, çimərlikdə və Sularda xilasetmə və tibbi yardımı həyata keçirməli olan dövlət qurumunu mən bilirəm, amma yuxarı orqanlar bilmir?.."