Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ildə Kursk vilayətinin sərhəd ərazilərinə daxil olduğu zaman Kursk şəhərinə qədər irəliləyə bilərdi. Bu iddia ilə Nikolayevdə fəaliyyət göstərən rusiyapərəst yeraltı hərəkatın koordinatoru Sergey Lebedev çıxış edib.
1xeber.media xəbər verir ki, Lebedevin sözlərinə görə, həmin dövrdə Ukrayna rəhbərliyi Rusiya sərhədindəki real vəziyyət barədə tam məlumata malik olmayıb.
"Əgər Ukrayna ordusu həmin vaxt sərhədin kifayət qədər müdafiə olunmadığını bilsəydi, Kurska qədər irəliləyə bilərdi. Yaxşı ki, bu baş vermədi", – deyə o bildirib.
Lebedev iddia edib ki, hazırda Ukrayna ordusunun Rusiyanın digər bölgələrinə daxil olmaq imkanları əvvəlki kimi deyil. Onun sözlərinə görə, Rusiya qüvvələri Bryansk vilayəti istiqamətində mümkün hücumlara hazırlaşan Ukrayna bölmələrinə qarşı effektiv zərbələr endirir.
Qeyd edək ki, bu məlumatlar rusiyapərəst yeraltı hərəkat nümayəndəsinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.