Вернуться назад Распечатать

Ötən ay elektrik qurğularına istismara buraxılış aktı verilmiş tikinti obyektlərinin sayı azalıb

Bu ilin iyul ayında Azərbaycanda yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 10 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

Bu barədə1xeber.media Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) istinadən xəbər verir.

Bildirilib ki, bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 9 müraciət və ya 47,4 % azdır.

Bununla belə, 29 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Bu da ötən iin eyni ayı ilə müqayisədə 15 tikinti oyekti və ya 34,1 % azdır.

Eyni zamanda, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin nümayəndələrinin iştirakı ilə 22 (37,5 %) hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 44 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Eyni zamanda, "Azərenerji" və "Azərişığ"ın nümayəndələrinin iştirakı ilə 16 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.