Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçuş aparatları ilə Krıma hücum etməyə cəhd göstərib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
1xeber.media xəbər verir ki, nazirliyin açıqlamasına görə, hava hücumundan müdafiə qüvvələri səhər saat 08:00-dan axşam 20:00-dək Rusiyanın müxtəlif bölgələri üzərində ümumilikdə 75 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Məlumata əsasən, PUA-lar Krımla yanaşı Belqorod, Bryansk, Voronej və Kursk vilayətləri, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bütün hədəflər hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək məhv edilib.
Xatırladaq ki, bundan əvvəl Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində anbarın damına üç pilotsuz uçuş aparatının düşdüyü və nəticədə yanğın baş verdiyi, hadisə zamanı xəsarət alan olmadığı bildirilmişdi.