Вернуться назад Распечатать

ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azıərbaycanla Ermənistan arasında sülh müqaviləsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri BŞ-Azərbaycan əlaqələrinin transformaiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir.

Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir.  Dövlət başçısı bütün məsələlərdə Azərbaycanın maraqlarını öndə tutmuş, ardıcıl siyasıət yürütmüş və heç nə onu prinsipial mövqeyindən geri döndərə bilməmişdir.

 

ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası

Bayden Administrasiyası dövründə ABŞ-ın Azərbaycana tendensioz münasibəti, həmin dövrə kimi ikitərəfli münasibətlıərdə əldə olunmuş nəticələrə ciddi zərbə vurulması.

Zamanında Bayden senator olanda belə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuş, prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulmuşdur.

Uzun dövr ərzində regionda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanmışdır. Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməmiş və ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttini inkişaf etdirmişdir.

Donald Tram Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərə rəvac vermiş , Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətləırində də məhz bu amili əsas götürmüşdür. Bayden administrasiyasından fərqli olaraq Preizdent Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürmüş və həyata keçirməyə başlamışdır.

Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında   sülhün bərqərar olması bir birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir.

* Donald Tramp prezident seçilməzdən əvvəl onun Prezident İlham Əliyevlə əlaqələrinin inkişafı, məktublaşmalar
* Prezident İlham Əliyevin ABŞ-a səfəri görüşlər, bəyanatlar
* Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılaşma
* “907-ci düzəliş”in dondurulması ilə bağlı qərar qəbul edilməsi
* TRİPP layihəsi haqqında razılaşma və Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması
* Sonrakı dövrdə dövlət başçılarının təmasları, məktublaşmalar
* Vensin Azərbaycana səfəri və xartiyanın imzalanması.
     Azərbaycanla Ermənistan arasında sülh prosesi

Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazandı. Azərbaycanla Ermənistan arasında  ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi olmuş, Ermənistan sülhə məcbur edilmiş və paraflanma ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdur.

Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, belə deyil. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları, 2023-cü ildə antiterror əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə məcbur edilməsi.

Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb, məhz İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir.

İkinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başımızın sülhdə də qələbəsidir.

Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratrdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdıə iş aparlması bunun nəticəsidir.