ABŞ-ın məşhur sahibkarı İlon Mask Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün onun Starlink peyk rabitə sistemindən istifadəyə icazə verilməsi ilə bağlı müraciətini qəbul etməyib.
1xeber.media xəbər verir ki, bu barədə The Atlantic nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov vəzifədən ayrıldıqdan sonra da Maskdan bu məsələdə razılıq almağa çalışır. Mənbələrdən biri hazırda bu istiqamətdə müsbət qərarın olmadığını bildirib.
Nəşrin məlumatına görə, Mask Ukrayna nümayəndələri ilə Rusiya ilə münaqişənin daha da eskalasiyasının yarada biləcəyi risklərlə bağlı fikir ayrılığı yaşayır. O, həmçinin tərəfləri razılaşma əldə etməyə çağırır.
Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Maskın mövqeyinə təsir göstərməsini istəyib. Lakin Tramp bu məsələyə birmənalı cavab verməyib.
Fyodorov isə daha əvvəl Maskla Starlink-in Rusiyanın dərinliklərinə zərbələr zamanı istifadəsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar davam edir və nəticə əldə etmək üçün səylər göstərilir.