Вернуться назад Распечатать

Rusiyada sənaye müəssisəsinə PUA hücumu

Rusiyanın Samara vilayətində pilotsuz uçuş aparatları sənaye müəssisəsinə hücum edib.

1xeber.media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorışev "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, PUA-ların düşdüyü ərazidə operativ xidmətlər fəaliyyət göstərir və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır. Qubernator hücuma məruz qalan müəssisənin adını açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl Ukraynaya məxsus olduğu bildirilən PUA-ların qalıqları Yaroslavl vilayətində neft emalı zavodunun çənlərinə düşüb. Nəticədə yanğın baş verib, dörd nəfər qəlpə yarası alıb.