Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Paşinyan bunu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində deyib.
Paşinyan bildirib ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticəsində iki ölkə arasında sülh bərqərar olub.
Onun sözlərinə görə, Ermənistan tərəfi artıq 8 avqust görüşünü “Sülh Sammiti”, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdikləri və Donald Trampın şahid qismində imzaladığı birgə bəyannaməni isə “Sülh Bəyannaməsi” adlandırır.