Вернуться назад Распечатать

"Azərbaycan Sənaye Sığorta" I yarımilin maliyyə nəticələrini açıqlayıb

"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) bu ilin I yarısını 537 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 670 min manat zərərlə çıxmışdı.

1xeber.media xəbər verir ki, yanvar-iyun aylarında ASS-nin gəlirləri 18,247 milyon manat (1 il əvvələ nisbətən 28,1 % çox), xərcləri 17,588 milyon manat (17,95 % çox), mənfəət vergisi ödəmələri isə 122 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il aprelin 1-nə ASS-nin aktivləri 35,467 milyon manat olub ki, bu da illik müqayisədə 1,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,95 % artaraq 25,342 milyon manata çatıb, balans kapitalı isə 13,8 % azalaraq 10,125 milyon manata çatıb.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.