Polşa Prezidenti Karol Navrotskinin Ukraynaya Rusiyaya qarşı mübarizədə dəstək verməyə çağırışına Rusiyadan sərt reaksiya gəlib.
1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Navrotskinin açıqlamasını tənqid edərək onu "axmaq" adlandırıb.
"Karol Navrotski sadəcə axmaqdır. Əvvəlcə normal başlamışdı, kifayət qədər düzgün bəyanatları var idi. Amma polyak polyakdır", – deyə Kolesnik bildirib.
Deputat əlavə edib ki, əgər Polşada ruslara qarşı belə münasibət varsa, ölkə İkinci Dünya müharibəsi zamanı Qızıl Ordunun Polşa üçün geri aldığı Ştettindən Dansiqə qədər əraziləri Moskvaya qaytara bilər.
Qeyd edək ki, avqustun 7-də prezidentliyinin ilk ildönümü münasibətilə keçirilən mitinqdə Navrotski Polşanın Rusiyaya qarşı mübarizəsində Ukraynaya hər zaman yardım etdiyini və bunu ölkəsinin strateji marağı hesab etdiyini bildirib.