Вернуться назад Распечатать

Rusiyadan Aİ-yə qış xəbərdarlığı

Avropa İttifaqı maye təbii qaz (LNG) ehtiyatlarının azalması səbəbindən son illərin ən çətin qışlarından biri ilə üzləşə bilər.

1xeber.media xəbər verir ki, bu barədə rusiyalı maliyyə və enerji ekspertləri RTVI-yə açıqlamalarında bildiriblər.

Enerji və Maliyyə İnstitutunun tədqiqat direktoru Aleksey Beloqoryevin sözlərinə görə, Avropa qış aylarında qazın fiziki çatışmazlığından yayınsa da, qiymətlərin artması demək olar ki, qaçılmazdır.

MGIMO-nun maliyyə iqtisadiyyatı fakültəsinin dekanı İqbal Quliyev isə soyuq qış, LNG tədarükündə fasilələr və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi kimi üç amilin eyni vaxtda baş verməsinin yeni qiymət artımına səbəb ola biləcəyini bildirib.

Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı departamentinin dosenti Oleq Anaşkin qeyd edib ki, Aİ ölkələri sənayeni subsidiyalaşdırmaq, əhaliyə dəstək vermək, hərbi xərcləri artırmaq və enerji keçidini maliyyələşdirmək məsələlərini eyni vaxtda həll etməkdə getdikcə daha çox çətinlik çəkirlər.

Məlumata görə, istilik mövsümünün başlamasına bir neçə ay qalmış Aİ-də LNG anbarlarının doluluq səviyyəsi təxminən 57 faiz təşkil edir. Bu, 2009-cu ildən bəri həmin dövr üçün qeydə alınan ən aşağı göstəricidir. Avropaya LNG idxalı isə apreldən etibarən azalır.

Bununla belə, Bloomberg-in məlumatına görə, Aİ hakimiyyət orqanları qarşıdakı qışda çatışmayan LNG ehtiyatlarını əlavə alışlarla tamamlamağa ümid edir.