Вернуться назад Распечатать

Rusiya Odessanın yaxınlığında silah daşıyan gəmiyə zərbə endirib

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələri üçün silah daşıdığı bildirilən quru yük gəmisinə "Geran-4 Siker" PUA-sı ilə zərbə endirib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi TASS-a açıqlamasında bildirib.

Məlumata görə, hücum Qara dənizdə, Odessanın şərqində həyata keçirilib. Əməliyyatda Rusiya Müdafiə Nazirliyinin pilotsuz sistemlər bölmələrinin qüvvələrindən istifadə olunub.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl Qara dənizdə keçirilən əməliyyat zamanı hərbi texnika daşıdığı bildirilən üç quru yük gəmisinin vurulduğunu açıqlamışdı.

Bundan əvvəl, avqustun 5-də Rusiya hərbçilərinin Kiyevdəki anbarlara və Odessa limanlarındakı gəmilərə kütləvi zərbələr endirdiyi barədə məlumat yayılmışdı.