Вернуться назад Распечатать

Premyer Liqadan La Liqaya getdi

İspaniyanın “Elçe” klubu “Brayton”da çıxış edən yarımmüdafiəçi Fakundo Buonanotteni icarəyə götürüb.

1xeber.media xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İcarə müqaviləsi 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Fakundo Buonanotte “Rosario Sentral”ın yetirməsidir. Argentinalı futbolçu 2023-cü ildən “Brayton”da çıxış edir. O, bu müddətdə icarə əsasında “Lester”, “Çelsi” və “Lids”in də formasını geyinib.