Ukraynanın NATO ilə birlikdə Rusiyanın Kalininqrad vilayətinin enerji təminatını iflic etmək planı olduğu iddia edilir.
1xeber.media xəbər verir ki, bu barədə Kalininqrad vilayətinin qanunverici məclisinin deputatı Yevgeni Mişin TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, NATO Kiyevə Rusiyanın şimal-qərbində yerləşən mühüm neft infrastrukturu obyektlərinin koordinatlarını ötürür. Mişin hesab edir ki, məqsəd Kalininqrad vilayətinin enerji sisteminə zərbə vurmaqdır.
Daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinə Rusiya neft terminallarının koordinatlarını verdiyi iddia edilən şəxsin adı açıqlanıb. Rusiya tərəfi onun NATO-nun xüsusi əməliyyat və kəşfiyyat strukturları ilə əlaqəli təşkilatda çalışan hibrid müharibə üzrə mütəxəssis Bart de Vahter olduğunu bildirib.
Kalininqrad vilayəti Rusiyanın əsas ərazisindən ayrılmış yarımeksklavdır və Avropa İttifaqına üzv ölkələrlə əhatə olunub. EU sanksiyaları regiona bəzi malların quru yolu ilə tranzitini məhdudlaşdırır.