Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması halında ölkəyə enerji daşıyıcılarının tədarükünə yanaşmasını yenidən nəzərdən keçirə bilər.
1xeber.media xəbər verir ki, bu barədə İMЭМО RAN-ın baş elmi əməkdaşı, tarix elmləri doktoru Aleksandr Krılov "Lenta.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlərdən sonra İrəvana enerji daşıyıcılarının güzəştli şərtlərlə tədarükü məsələsinə yenidən baxa bilər.
Krılov qeyd edib ki, Moskva Rusiyanın əleyhinə sanksiyalar tətbiq edən Avropa İttifaqı ölkələrinə də enerji daşıyıcıları tədarükünü davam etdirir.
Ekspertin fikrincə, Ermənistanın Aİ-yə inteqrasiyanı seçməsi ilə Avrasiya İqtisadi İttifaqındakı müttəfiqlərlə münasibətlər arasında ciddi fərq yaranacaq.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Aİ və Aİİ üzvlüyü ilə bağlı referendumların hazırda keçirilməsinin mümkün olmadığını bildirib.