Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarındakı İlski neft emalı zavoduna hücumu nəticəsində yaralananların sayı 6 nəfərə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə Severski rayonunun rəhbəri Andrey Çeverev məlumat verib.
Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir. PUA qalıqlarının düşməsi nəticəsində zavod ərazisində başlayan yanğın isə artıq söndürülüb.
Məlumata görə, hücum avqustun 8-də baş verib. Bundan əvvəl həmin gün Samara vilayətində də sənaye müəssisəsinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilib.