Ural jurnalisti Aleksandr Rodionov Ukraynada xüsusi hərbi əməliyyat (SVO) zonasında həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə jurnalistin bacısı İrina Suslova sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Rodionov ötən ilin avqustunda hərbi əməliyyat zamanı tapşırığı yerinə yetirərkən həyatını itirib. Ailəsi onun ölümündən yalnız indi xəbər tutub.
Bildirilib ki, SVO başlayandan sonra Rodionov "İgidliyə görə" və "Şücaətə görə" medalları, həmçinin "Xidmət və şücaət" ordeni ilə təltif olunub.
Jurnalist "Kommersant-Ural", "FederalPress" və "Avropa-Asiya Xəbərləri" kimi nəşrlərdə çalışıb. 2013-cü ildə Ural Federal Dairəsinin ən yaxşı informasiya agentliyi əməkdaşı kimi "Qızıl köpəkbalığı" mükafatına layiq görülüb.
Rodionovla vida mərasiminin avqustun 12-də Yekaterinburqdakı Nijne-İsetski qəbiristanlığında keçiriləcəyi bildirilib.