Вернуться назад Распечатать

Sızrana hücum edən PUA dənizdən buraxılıb

Sızrana hücum edən pilotsuz uçuş aparatının Qara dənizin akvatoriyasından buraxıldığı bildirilir.

1xeber.media xəbər verir ki, bu barədə "AiF-Samara" məlumat yayıb.

Nəşrin məlumatına görə, avqustun 7-nə keçən gecə Sızran neft emalı zavoduna hücum edən PUA təxminən 600 kilometr məsafədən, Qara dənizin neytral sularında yerləşən konteyner gəmisindən buraxılıb. İddialara görə, gəmi PUA üçün mobil buraxılış platforması kimi istifadə edilib.

Məlumatda qeyd olunur ki, buraxılış ərazisində NATO-ya məxsus iki gəmi, o cümlədən kəşfiyyat gəmisi də olub. Onların hücumda iştirakına dair isə hələlik rəsmi təsdiq yoxdur.

PUA bir neçə Rusiya regionunun üzərindən uçaraq yanacaq-enerji kompleksi obyektinə zərbə endirib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışşevin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və müəssisədə yaranan yanğın operativ şəkildə söndürülüb.

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi şərh verməyib. Nazirlik daha əvvəl Samara vilayəti üzərində Ukraynaya məxsus PUA-nın aşkar edilərək məhv edildiyini açıqlamışdı.