Вернуться назад Распечатать

Medvedev Ukraynaya bağlı sərt xəbərdarlıq etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanı yeni və "ağıllı" liderlər tapılmayacağı təqdirdə qaçılmaz süqutun gözlədiyini bildirib.

1xeber.media xəbər verir ki, Medvedev bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Ukraynada mövcud hakimiyyətin məğlubiyyətindən sonra cəmiyyəti uzunmüddətli peşmanlıq və bərpa prosesi gözləyir. Medvedev bildirib ki, Ukrayna xalqı böhrandan çıxaraq yeni və "ağıllı" liderlər tapa bilər.

Rusiya rəsmisi əks halda ölkəni "qaçılmaz məhvin" gözlədiyini deyib.

Medvedev əlavə edib ki, Ukraynanın hazırda yaşadığı kimi böhranlar yalnız iqtisadiyyatda deyil, insanların kütləvi şüurunda da dərin izlər buraxır.