Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri dəstəkləyir.
1xeber.media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı proseslər Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.