Kipr 2028-ci ilin mart ayında Aİ istehlakçılarına təbii qaz tədarükünə başlaya bilər.
1xeber.media xəbər verir ki, bunu Kipr ada dövlətinin enerji naziri Mixalis Damianos Associated Press (AP) agentliyinə bildirib.
"Ukrayna və Yaxın Şərqdəki vəziyyətə görə bu, hazırda Avropa üçün vacibdir. Kipr alternativ qaz mənbəyinə çevrilə bilər", - deyə o deyib.
O bildirib ki, layihə Kiprin cənub sahilindəki Cronos dəniz yatağına aiddir. Oradan qaz Misir sahillərinə tədarük ediləcək, daha sonra isə tankerlərlə Avropaya göndəriləcək. Boru kəmərinin tikintisinə 2026-cı ildə başlamaq planlaşdırılır və 18 aya qədər vaxt apara bilər. Layihənin inkişafında Kiprin tərəfdaşları Fransa şirkəti TotalEnergies və İtaliya şirkəti Eni olacaq.