Britaniyalı təqaüdçü diplomat Alastair Kruk Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirəcəyini bildirib.
1xeber.media xəbər verir ki, Kruk bu barədə YouTube kanalında yayımlanan verilişdə danışıb.
Diplomatın sözlərinə görə, Ukrayna Rusiyanın təzyiqinin dayanacağını gözləməməlidir. O bildirib ki, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyduğu məqsədlərə çatana qədər Ukraynaya qarşı hücumlarını davam etdirəcək.
Kruk Rusiyanın Ukraynaya qarşı kütləvi zərbələr endirdiyini qeyd edib. O, xüsusilə Odessa ətrafındakı limanlara həyata keçirilən hücumlara diqqət çəkib.
Diplomatın iddiasına görə, limanlara endirilən zərbələr Ukraynanın dənizə çıxış imkanlarına ciddi təsir göstərib və ölkəni “dənizə çıxışı olmayan dövlətə” çevirib.
Krukun fikrincə, Rusiya qarşıya qoyduğu məqsədlərə nail olmayana qədər Ukraynaya qarşı hərbi təzyiqin davam etməsi gözlənilir.