Türkiyə təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bir neçə günlük gecikmədən sonra Qara dəniz boğazlarından ticarət gəmilərinin keçməsinə yenidən icazə verib.
1xeber.media xəbər verir ki, xüsusilə, "Egean Dream" tankeri və "Mehmet Kahveci A" konteyner gəmisinin Novorossiyskə getməsinə şərait yaradılıb.
Gecikmələr mülki gəmilərə artan hücumlar fonunda baş verib. Ankara Ukrayna və Rusiyanı Qara dənizdə mülki gəmilərə hücumları müvəqqəti olaraq məhdudlaşdırmağa çağırıb.