Oman sahillərində təxminən 1 milyon barel neft daşıyan, sanksiya tətbiq edilmiş Caroline Bezengi tankeri batmağa başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Arab News məlumat yayıb.
Peyk görüntülərinə əsasən, bir neçə həftədir Oman sahillərində dayazlıqda qalan tanker getdikcə daha çox suya qərq olur. Bu müddət ərzində tankerdən dənizə neft sızması da davam edir.
Məlumata görə, avqustun 7-nə olan vəziyyətə əsasən, neft sızması təxminən 800 kvadratkilometr ərazini əhatə edib.
Çirklənmənin Ərəbistan dənizi təbiət qoruğunun qorunan ərazilərinə də yayıldığı bildirilir. Sözügedən ərazidə nəsli kəsilmək təhlükəsi ilə üzləşən vəhşi heyvanlar yaşayır.
Qeyd edək ki, avqustun 6-da İran və Oman Hörmüz boğazının gəmiçilik üçün tam açılması ilə bağlı ilkin razılığa gəliblər. İlkin plana əsasən, boğaza daxil olan gəmilər İran sahillərinə yaxın, boğazdan çıxan gəmilər isə Oman sahillərinə yaxın dəniz dəhlizindən hərəkət edəcək.