Вернуться назад Распечатать

Ukrayna ordusunun logistikasında dəyişiklik

Nikolayev yeraltı müqavimətinin koordinatoru Sergey Lebedev Ukrayna Silahlı Qüvvələrinin (USQ) yük daşımalarında dəyişiklik edildiyini bildirib.

1xeber.media xəbər verir ki, Lebedevin sözlərini RİA Novosti yayıb.

Onun sözlərinə görə, Qara dənizdəki limanların bloklanmasından sonra Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan əsas yük axını Odessa vilayəti üzərindən yönləndirilib.

Lebedev Odessa vilayətinin qərb hissəsindəki sərhəd ərazilərindən daxil olan məlumatlara istinadən bildirib ki, magistral yollar yük maşınları ilə doludur.

O həmçinin qeyd edib ki, dəmir yolu infrastrukturu da artan yüklə fəaliyyət göstərir.