Вернуться назад Распечатать

Rusiyada tikinti sürətlənəcək

Rusiyada əsas faiz dərəcəsinin aşağı salınmasından sonra tikinti sektorunda artımın sürətlənəcəyi proqnozlaşdırılıb.

1xeber.media xəbər verir ki, bu barədə Vladivostokda “Qorod Zametnıy” yaşayış layihəsinin baş direktoru Aleksey Boyko TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, insanların mənzilə olan təbii tələbatı Rusiyada tikinti bazarını dəstəkləyir və sektordakı hazırkı zəifləmə müvəqqəti xarakter daşıyır.

Boyko qeyd edib ki, əsas faiz dərəcəsinin yüksəldilməsi banklardakı depozit faizlərinin də artmasına səbəb olub. Bu isə vətəndaşların mənzil alışını təxirə salmasına gətirib çıxarıb.

“Əsas faiz dərəcəsi əbədi deyil. O, aşağı düşdükdən sonra tikinti sektoru itirilmiş tempi yenidən bərpa edəcək”, – deyə mütəxəssis bildirib.

Boykonun fikrincə, Rusiyada adambaşına düşən yaşayış sahəsinin hələ kifayət qədər yüksək olmaması və mövcud mənzil fondunun köhnəlməsi tikintiyə olan tələbatı qoruyur.

Qeyd edək ki, daha əvvəl “Lyudi” şirkətinin baş direktoru Denis Jalnin tikinti sahəsindəki məhdudiyyətlər və alıcıların tələblərinin dəyişməsi fonunda Rusiyada kiçik mənzillərin çatışmazlığı yarana biləcəyini proqnozlaşdırmışdı.