Вернуться назад Распечатать

Xarkova kütləvi zərbə

Ukraynanın şərqindəki ən böyük şəhər olan Xarkova kütləvi zərbə endirildiyi bildirilir.

1xeber.media xəbər verir ki, bu barədə “İdi i smotri” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri tərəfindən şəhərə zərbələr pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Xarkovun Sloboda rayonunda zərbələrdən sonra yanğın baş verdiyi bildirilib.

Şəhər üzərində böyük qara tüstü sütununun göründüyü qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Odessa İstilik Elektrik Mərkəzinə və Ukraynanın yeddi elektrik yarımstansiyasına zərbə endirdiyi açıqlanmışdı.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sumı vilayətində yerləşən “Buhrovatoye” qaz yatağının infrastrukturu da məhv edilib.