Вернуться назад Распечатать

Zelenskiyə sui-qəsd iddiası: Deputatdan açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenskinin onun öldürülə biləcəyi ehtimalına hazır olduğu iddia edilib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik “News.ru”ya açıqlamasında bildirib.

Kolesnik Zelenskinin Qərbin “marionetkası” olduğunu və bir çox məsələdə onun qərar imkanlarının məhdud olduğunu iddia edib.

Deputat həmçinin Zelenskinin harada meydana çıxmasından asılı olaraq həmin ərazidə vəziyyətin daha da pisləşdiyini irəli sürüb.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov Zelenski komandasının münaqişəni Rusiyanın mülki əhalisinə qarşı terror xarakterli fəaliyyətlərə yönəltdiyini iddia etmişdi.

İyunun 26-da isə Ukrayna Prezidenti Rusiyaya qarşı yeni əməliyyatın hazırlanmasını təsdiqləmişdi. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti həmin əməliyyatı 40 gün ərzində həyata keçirməli idi.