Вернуться назад Распечатать

Qərbdən Ukraynaya qış xəbərdarlığı

Ukraynanın qış aylarında vəziyyəti ilə bağlı Qərbdə narahatlıq ifadə olunub.

1xeber.media xəbər verir ki, irlandiyalı jurnalist Çey Bouz Rusiyanın Ukraynanın enerji obyektlərinə zərbələr endirməsi halında ölkənin qışı keçirə bilməyəcəyini bildirib.

Bouz “X” sosial şəbəkəsində yazıb: “Rusiya bu qış enerji infrastrukturuna zərbələr endirməyə başlayanda nə baş verəcək? Ukrayna bunun öhdəsindən gələ bilməyəcək”.

Qeyd edək ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski daha əvvəl Rusiya ordusunun kütləvi zərbələrinin planlaşdırılması və istifadə olunan texnologiyalarda dəyişikliklər olduğunu bildirib.

Skibitskinin sözlərinə görə, Rusiya yeni “Geran-4” və “Geran-5” pilotsuz uçuş aparatlarından istifadə etməyə başladıqdan sonra zərbələrin effektivliyi artıb.