Bolqarıstanın Tryavna şəhəri yaxınlığında, Beliça kəndində yerləşən EMKO hərbi zavodunda partlayışlar baş verib.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində zavodda güclü yanğın başlayıb.
Məlumata görə, qəzanın dəqiq səbəbləri müəyyən olunana qədər əraziyə girişə icazə verilmir. Hadisə yerinə yanğınsöndürmə və polis qrupları göndərilib. İlkin məlumata görə, anbarlardan birində yük maşınının alışması nəticəsində yanğın baş verib, daha sonra partlayışlar qeydə alınıb. Ərazidən güclü tüstü qalxdığı, ikinci dərəcəli partlayışların eşidildiyi bildirilir. Zavoddan təxminən 300 nəfər təxliyə edilib.