Вернуться назад Распечатать

Nijnekamskda dağıntıların görüntüləri yayıldı

Tatarıstan hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Nijnekamska pilotsuz uçuş aparatları ilə hücumundan sonra yaranan dağıntıların fotolarını yayıb.

1xeber.media xəbər verir ki, görüntülər Tatarıstan hakimiyyətinin Telegram kanalında dərc olunub.

Bildirilib ki, Tatarıstanın rəhbəri Rüstəm Minnixanov hücuma məruz qalan Nijnekamska gedib. Səfər zamanı çəkilən kadrlarda şəhərin sənaye zonasında ciddi dağıntıların olduğu görünür.

Məlumata görə, hücum zamanı ölən 13 nəfərdən 9-u sənaye zonasında yerləşən hosteldə olub. Fotolarda həmin tikililərdən birinin demək olar ki, tamamilə dağıldığı görünür.

Həmçinin hücum zamanı 5 yaşlı qızın yaşadığı çoxmərtəbəli binanın da görüntüləri yayılıb. Məlumata görə, uşaq da hücum nəticəsində həyatını itirib.