Вернуться назад Распечатать

Putin ictimai nəqliyyatla bağlı danışdı

Rusiya Prezidenti Vladimir Putin ictimai nəqliyyatda gediş haqlarının və xidmətlərin vətəndaşlar üçün əlçatan olması ilə bağlı açıqlama verib.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Putin bildirib ki, trolleybus, tramvay, avtobus və şəhərətrafı qatarlar cədvəl üzrə işləməli, sərnişinlərin səfərləri isə təhlükəsiz və münasib qiymətə olmalıdır.

“Vacibdir ki, trolleybuslar, tramvaylar, avtobuslar və şəhərətrafı qatarlar cədvəl üzrə hərəkət etsin. Səfərlər təhlükəsiz və qiymət baxımından əlçatan olsun”, – deyə Rusiya lideri qeyd edib.

Onun sözlərinə görə, bu tələblər həm iri şəhərlərə, həm də kiçik şəhərlərə, kənd ərazilərinə və digər yaşayış məntəqələrinə şamil edilməlidir.

Putin qeyd edib ki, ictimai nəqliyyat vətəndaşlara təyinat yerinə rahat və vaxtında çatmağa imkan verir. İnsanlar nəqliyyatın fəaliyyətində yaranan problemlərin şəxsi planlarına təsir etməyəcəyinə əmin olmalıdırlar.

Qeyd edək ki, daha əvvəl Moskva meri Sergey Sobyanin paytaxt metrosunun yenilənməsinin regionlarda müəssisələrin inkişafına təkan verdiyini bildirib.