Вернуться назад Распечатать

Cənubi Koreyadan Zelenskiyə “yox”

Cənubi Koreya Ukraynaya öldürücü silah tədarük etmək niyyətində olmadığını açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Nazirlik rəsmisi bildirib ki, Seul mövcud siyasətinə sadiq qalır və Ukraynaya öldürücü silah göndərilməsi məsələsinə baxmır.

“Cənubi Koreyanın istənilən ölkəyə müdafiə məhsulları tədarükü həmişə daxili qanunvericiliyə uyğun həyata keçirilib”, – deyə nazirlik nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Seul Kiyevə enerji, infrastruktur, səhiyyə və təhsil də daxil olmaqla müxtəlif sahələrdə dəstək təklif edib. Lakin Ukraynaya öldürücü silahların tədarükü məsələsində mövqeyi dəyişməyib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ərazisində Şimali Koreya hərbçilərindən ibarət böyük qruplaşmanın yarana biləcəyini iddia edib. Onun sözlərinə görə, Moskva və Pxenyan Rusiyada 30-50 min Şimali Koreya hərbçisinin yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.