Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Odessa vilayətində qəzaya uğradığı bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə “Strana.ua” Telegram kanalında məlumat yayıb.
Məlumata görə, hərbi təyyarənin pilotu vaxtında katapult etməyə nail olub.
Təyyarənin konkret olaraq harada qəzaya uğradığı və hadisənin səbəbləri hələlik məlum deyil. İnsidentlə bağlı Ukrayna tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcısının döyüş uçuşu zamanı qəzaya uğradığı bildirilmişdi. Məlumata görə, pilot hava hədəflərinin qarşısının alınması üzrə tapşırığı yerinə yetirərkən təyyarədə naməlum “qeyri-ştat vəziyyət” yaranmışdı.