Вернуться назад Распечатать

Zelenskinin Belqrad səfərinin məqsədi açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenskinin Belqrada səfərinin Serbiya Prezidenti Aleksandr Vuçiç üçün lazım olduğu bildirilib.

1xeber.media xəbər verir ki, bunu Belqrad Universitetinin professoru, siyasi elmlər doktoru Sinişa Atlаgiç “Lenta.ru”ya açıqlamasında deyib.

Professorun sözlərinə görə, Zelenskinin səfəri Serbiyanın Avropayönümlü kursunu nümayiş etdirmək məqsədi daşıyıb.

“Atlaq” bildirib ki, səfər daha geniş geosiyasi kontekstin bir hissəsidir. Onun fikrincə, Qərb Belqrad və Kiyevin geri dönməz şəkildə Qərb kursunda olduğunu göstərməyə və Balkanlarda Rusiyanın təsirini daha da azaltmağa çalışır.

Eyni zamanda professor Vuçiçin bu siyasətinin Serbiyanın milli maraqları ilə ziddiyyət təşkil etdiyini iddia edib. Onun sözlərinə görə, serblərin təxminən 80 faizi Rusiyanı dəstəkləyir və hakimiyyətin mövqeyindən narazıdır.

Qeyd edək ki, avqustun 8-də Volodimir Zelenski Belqrada səfər edib və Aleksandr Vuçiçlə görüşüb. Təkbətək danışıqlardan və iki ölkə nümayəndə heyətlərinin görüşündən sonra Serbiya Prezidenti Ukraynanın “ərazi bütövlüyünü” dəstəklədiyini bildirib.