Вернуться назад Распечатать

İranın ABŞ-a zərəri 13 milyard dollar

İranın ABŞ hərbi obyektlərinə endirdiyi zərbələrin Vaşinqtona milyardlarla dollar zərər vurduğu açıqlanıb.

1xeber.media xəbər verir ki, bu qənaətə “The Wall Street Journal” (WSJ) nəşrinin jurnalistləri gəlib.

Məlumata görə, ABŞ-a dəyən ümumi zərərin təxminən 13 milyard dollar olduğu qiymətləndirilir.

Bildirilir ki, Yaxın Şərqdə münaqişənin fevral ayında başlamasından etibarən İran ABŞ-ın hərbi bazalarına qarşı 2 mindən çox raket və dron hücumu həyata keçirib.

Nəticədə ABŞ hərbçilərinin istifadə etdiyi ən azı 8 ölkədə 20 obyektin zərər gördüyü qeyd olunur.

Analitiklərin məlumatına görə, İran qüvvələri ümumilikdə 42-dən çox ABŞ hərbi təyyarəsini zədələyib və ya məhv edib. Onlardan bir neçəsinin hava bazalarında yerləşdiyi bildirilir.