Вернуться назад Распечатать

ABŞ-dan Ukraynaya yardımla bağlı etiraf

Qərbin Ukraynaya hərbi yardımı ölkənin vəziyyətini yaxşılaşdırmaq əvəzinə onu daha çətin duruma salıb.

1xeber.media xəbər verir ki, bunu Massaçusets Texnologiya İnstitutunun professoru Teodor Postol bildirib.

Onun sözlərinə görə, Rusiya Almaniyada və ya Baltikyanı ölkələrdə dronların istehsal edildiyi və Ukraynaya göndərilən yüklərin keçdiyi bir sıra obyektlərə zərbə endirə bilərdi. Lakin Moskva bunun əvəzinə Ukraynanın Odessa istiqamətindəki imkanlarını hədəfə alıb.

Postol bildirib ki, ABŞ və NATO tərəfindən Ukraynaya təqdim olunan resurslar nəticədə Kiyevin öz vəziyyətinə mənfi təsir göstərib.

“İndi ukraynalılar həqiqətən çətin vəziyyətdədirlər, çünki onların dəniz yollarına çıxışı yoxdur. Ukraynaya vurulan zərər isə daha da artacaq və onsuz da çox böyükdür”, – deyə professor bildirib.

Qeyd edək ki, avqustun 9-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin Odessa şəhərinin liman və enerji infrastrukturuna kütləvi zərbələr endirdiyi bildirilmişdi.

Məlumata görə, zərbələr zamanı Ukraynanın dəniz ticarəti üçün əsas obyektlərdən biri hesab olunan Mayakidəki mühüm avtomobil körpüsü də hədəfə alınıb.