Вернуться назад Распечатать

Rusiyada neft emalı zavodunda yanğın

Rusiyanın Komsolsk-na-Amuredə yerləşən neft emalı zavodunun ərazisində yanğın baş verib.

1xeber.media xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Məlumata görə, zavodun ərazisində köməkçi avadanlıqlardan biri yanıb. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin havada zərərli maddələrin yol verilən maksimal konsentrasiyasının aşılması qeydə alınmayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarına hücumu nəticəsində İlsk neft emalı zavodunda yanğın baş vermişdi. Həmin hadisə zamanı ən azı 6 nəfərin yaralandığı bildirilmişdi.

Bundan əvvəl isə Yaroslavl vilayətindəki neft emalı zavodunun ərazisində böyük yanğın baş vermiş, yanğının söndürülməsinə 102 nəfər və 47 texnika cəlb edilmişdi.