Вернуться назад Распечатать

Putindən Trampa maraqlı “hədiyyə”

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa simvolik xokkey şaybası göndərdiyi məlum olub.

1xeber.media xəbər verir ki, bunu ABŞ İncəsənət Komissiyasının rəhbəri və Trampın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı nümayəndəsi Rodni Mims Kuk “Lenta.ru”ya açıqlamasında bildirib.

Kukun sözlərinə görə, Peterburq forumu zamanı Putin ondan Trampa simvolik “cavab şaybası” çatdırmağı xahiş edib.

“Putin çox nəzakətli idi. O, həmçinin mənə Tramp üçün simvolik mesaj etibar etdi və ‘cavab şaybasını’ ona çatdırmağımı xahiş etdi”, – deyə Kuk bildirib.

Onun sözlərinə görə, təxminən bir həftə sonra əsl xokkey şaybasını Trampın masasının üzərinə qoyub və ABŞ prezidenti bu “hədiyyəni” bəyənib.

Kuk həmçinin ehtimal edib ki, iyunun 14-də Putinlə Tramp arasında baş tutan telefon danışığı zamanı prezidentlər bu jesti də müzakirə edə bilərlər.

Qeyd edək ki, iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Kuk Trampın Putinə salamını çatdırmışdı. Rusiya prezidenti də analoji jest edərək Trampın salamını ona çatdırmağı və Ağ Ev rəhbərinə “cavab şaybası” göndərməyi xahiş etmişdi.