Вернуться назад Распечатать

Aeroport yolunda yeni radar quraşdırıldı - Sürücülərin nəzərinə! (VİDEO)

“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

1xeber.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkir. Bu səbəbdən sürücülər ilk başda radarları görə bilmirlər və ərazidən sürətlə keçirlər.

Sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etmələri tələb olunub və sürət həddinə diqqət etmələri tövsiyə edilib.