Xarkov vilayətində Şerbakovka yaşayış məntəqəsinin nəzarətə götürülməsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) böyük logistika mərkəzi olan şəhər tipli Kazachya Lopanın uğrunda mübarizədə mühüm mərhələ olub.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Şerbakovkanın ələ keçirilməsi Xarkov vilayətinin şimalında yerləşən mühüm logistika mərkəzi uğrunda mübarizədə əhəmiyyətli addımdır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaşayış məntəqəsinin nəzarətə götürülməsi Rusiya Federasiyasının dövlət sərhədi boyunca təhlükəsizlik zonasının da genişləndirilməsinə imkan verir.
Şerbakovkanın Rusiya ordusunun nəzarətinə keçməsi barədə avqustun 11-də məlumat verilmişdi. Son sutka ərzində Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətindəki Novoye Pole yaşayış məntəqəsini də nəzarətə götürdüklərini açıqlayıb.