Вернуться назад Распечатать

Rusiyanın NATO-ya hücumu üçün 3 səbəb yoxdur

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik bildirib ki, Moskvanın NATO-ya hücum etmək üçün nə motivasiyası, nə də buna ehtiyacı var.

1xeber.media xəbər verir ki, Kolesnik bu barədə “Lenta.ru”ya açıqlamasında danışıb.

Deputatın sözlərinə görə, NATO Rusiyanın alyansa hücum etmək istədiyini özü düşünüb və bu mövzunu daim gündəmdə saxlayır, lakin belə bir ssenarini təsdiqləyən konkret arqumentlər təqdim etmir.

Kolesnik Rusiyanın NATO-ya hücum etməməsinin üç əsas səbəbini göstərib.

Birinci səbəb – motivasiyanın olmamasıdır. Deputatın sözlərinə görə, Rusiyanın bununla bağlı heç bir marağı yoxdur. O, ölkənin kifayət qədər böyük əraziyə və resurslara sahib olduğunu vurğulayıb.

İkinci səbəb – Rusiyanın öz problemləridir. Kolesnik bildirib ki, Moskva əvvəlcə ölkə daxilində həll edilməli məsələlərə və xüsusi hərbi əməliyyatın qarşıya qoyulan məqsədlərinə diqqət yetirməlidir.

Üçüncü səbəb – maliyyə məsələsidir. Deputatın fikrincə, Rusiya NATO ölkələrinə görə böyük maliyyə xərcləmək niyyətində deyil. O, müharibənin çox böyük maliyyə vəsaiti tələb etdiyini qeyd edib.

Kolesnik həmçinin bildirib ki, NATO ölkələri Rusiyanın hücum edəcəyini iddia etsələr də, bu fikri əsaslandıran konkret dəlillər ortaya qoymurlar.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın Ukraynadakı səfiri Nil Krompton Rusiyanın NATO-ya mümkün hücumuna hazırlaşmağın vacibliyini bildirərək bunu mümkün ssenarilərdən biri adlandırmışdı.