Вернуться назад Распечатать

Qərbdən Putinin gözlənilməz addımına reaksiya

İrlandiyalı jurnalist Çey Bouz Rusiya Prezidenti Vladimir Putinin Novosibirskdə korteji saxlayaraq yerli sakinlərlə, o cümlədən uşaqlarla görüşməsinə təəccüblənib.

1xeber.media xəbər verir ki, jurnalist bu barədə “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində paylaşım edib.

Bouz bildirib ki, Putin hava limanına gedərkən kortejini saxlayaraq yerli uşaqları salamlayıb və sakinlərlə ünsiyyət qurub.

“Putin Novosibirskdə yerli uşaqları salamlamaq üçün kortejini saxlamağa qərar verdi. Onun necə qarşılandığına baxın və qulaq asın. İndi isə özünüzdən soruşun: Fransa, Britaniya və ya Almaniya liderləri eyni şeyi təhlükəsiz şəkildə edə bilərdilərmi?” – deyə jurnalist qeyd edib.

Qeyd edək ki, Vladimir Putin Novosibirskə səfərinin sonunda hava limanına gedərkən kortejini şəhərin küçələrindən birində saxlayıb. Prezident avtomobildən düşərək toplaşan vətəndaşlarla qısa söhbət edib və bir neçə nəfərlə əl sıxıb.

Putin həmçinin uşaqlardan biri ilə foto çəkdirib, onun hansı sinifdə oxuduğunu soruşub və yeni tədris ilində ona uğurlar arzulayıb.