1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı Rusiya qüvvələrini Dnepropetrovsk vilayətindən çıxarmağa çalışıb. Lakin bu cəhdin də uğursuzluqla nəticələndiyi bildirilib.
Bu barədə LXR Xalq Milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko məlumat verib. Onun sözlərinə görə, Rusiya hərbçilərinin Novo Pole yaşayış məntəqəsini nəzarətə götürməsi Ukrayna qoşunlarının hücum düzülüşünə zərbə vurub.
Maroçko bildirib ki, Drapatı sələfi Aleksandr Sırskinin həyata keçirə bilmədiyi planı reallaşdırmağa çalışır.