Вернуться назад Распечатать

Rusiyada təyyarə qəzası: pilot yaralanıb

1xeber.media xəbər verir ki, Rusiyanın Samara vilayətində kənd təsərrüfatı işləri zamanı An-2 tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Məlumata görə, təyyarə əkin sahələrini suvararkən yerə düşüb. Hadisə Koşkinski rayonunun Novaya Jizn yaşayış məntəqəsi yaxınlığında baş verib.

Qəza nəticəsində pilot xəsarət alıb. Onun Samaraya təxliyəsi üçün vilayət xəstəxanasının multidissiplinar briqadası cəlb olunub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilir və müayinələr aparılır.

Pilotun vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb. Qəzanın səbəbi hələlik məlum deyil.