Вернуться назад Распечатать

Qusarlı bacı-qardaş təyyarə qəzasında həlak olublar

Təyyarə qəzasında həlak olan şəxslərdən ikisinin Qusar rayonundan olduğu məlum olub.

1xeber.media xəbər verir ki, faciəli şəkildə həlak olan vətəndaşlarımız sırasında Qusar rayonunun Sudur oba kənd sakinləri də var. Bacı-qardaş, 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlər də faciənin qurbanı olublar.

Faktı Qusar rayon İcra Hakimiyyətindən təsdiq ediblər.