Вернуться назад Распечатать

Bakıdan Riqaya yeni diplomatik təyinat: Xanım səfit kimdir?

Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.

Qeyd edək ki, N.Mustafayeva 2020-ci ildən Azərbaycanın Türkiyənin İstanbul şəhərində Baş konsulu vəzifəsində çalışıb.