Вернуться назад Распечатать

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək.

1xeber.media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat ayrılıb.