
Bu ilin iyun ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin iyun ayının yekunu ilə müqayisədə 7,4%, mayın sonuna nisbətən isə 0,3% çox olub.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.
İyunda ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,4%, təkrar mənzil bazarında isə 8,6% artıb. Ümumi qiymət artımı da 8,6% təşkil edib.